Qırğızıstandan qiymətli metallarla bağlı qərar

Qırğızıstan 6 ay müddətinə ölkədən qiymətli metalların ixracını məhdudlaşdırır.

Teleqraf.com xəbər verir ki, martın 22-də Qırğızıstan hökuməti qiymətli metalların və tərkibində qiymətli metallar olan malların ölkədən ixracına altı ay müddətinə məhdudiyyətlər tətbiq etmək barədə qərar qəbul edib.

Qırğızıstan Nazirlə Kabinetinin Mətbuat xidməti məlumat yayıb ki, qərar zərgərlik sənayesini qorumaq məqsədi daşıyır.

Teleqraf.com

ƏVVƏLKİ XƏBƏR

Rahatlanmamalıyıq, Qərb bundan istifadə edəcək - Lukaşenko

SONRAKI XƏBƏR

Qarabağda müharibə bitməyib, dayandırılıb...