Gürcüstan sərhədlərində robotlar işə cəlb ediləcəklər

Gürcüstan gömrük xidmətinin təşkilində robotlardan istifadə edəcək.

Bu barədə ölkənin Maliyyə Nazirliyinin rəhbəri Laşa Xutsişvili məlumat verib.

“Robotlar müxtəlif sənədləri qəbul edib rəqəmsallaşdıracaq, onlarda olan səhvləri göstərəcək və gömrük nəzarəti işinə cəlb olunacaqlar”, - deyə Xutsişvili vurğulayıb.

Qeyd edək ki, dünyanın bir sıra inkişaf etmiş ölkələri gömrük xidmətinin təşkilində, dəmir yolu stansiyalarında, metroda robotların xidmətindən istifadə edirlər.

Mənbə: Vestikavkaza

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Dağ keçiləri duz ehtiyatlarını təmin etmək məqsədi ilə magistral yola endilər - VİDEO

SONRAKI XƏBƏR

İranda hicablı və hicabsız qadınlar arasında dava – VİDEO