Zaur onu polisə verən Könül haqda: "Bu gün görüşdük və..."

Jurnalist Zaur Kamal aparıcılıq etdiyi "Həmin Zaur" verilişində onu polisə verən xalq artisti Könül Xasıyeva ilə məsələni həll etdiyini deyib.

Zaur Kamal bu haqda sonuncu dəfə danışdığını deyib: "Bu gün sonuncu dəfə görüşdük, qucaqlaşdıq, öpüşdük. Bizim ana-bala münasibətimiz var. Hər gün Könül xanımla danışırdıq, söhbətləşirdik, hansısa bir layihələrdə, Yeni il şənliklərində sevə-sevə dəvət etmişik. Hər bir günündə yanında olmuşan. Hər şeyə aydınlıq gətirdik. Bu məsələ artıq bitdi. Buna başqa formada don geyindirmək lazım deyil. O bizim canlı əfsanəmizdir. Çox gözəl sevilən sənətkarımızdır. Hamı onu sevir, mən də onu sevirəm. Axıra qədər də sevəcəyik".

Qeyd edək ki, Könül Xasıyeva "Həmin Zaur" verilişində "Deyilənə görə" rubrikasında Zaur Kamalın "deyilənə görə, Könül Xasıyeva anasını atasından ayırıb, Bakıya gətirib" sualına görə polisə vermişdi.

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Tatarıstan Prezidenti Azərbaycanda səfərdədir - FOTO

SONRAKI XƏBƏR

Almaniya Ukraynaya silah tədarükündən sonra hərbi xərclərə 20 milyard avro ayırır