Günayın Paris macərası – FOTO

Türkiyədə yaşayıb, orada modellik fəaliyyətini uğurla davam etdirən azərbaycanlı Günay Musayeva Fransaya yollanıb.

Bizim.Media xəbər verir ki, "məhəbbət şəhəri" adlanan Parisi qarış-qarış gəzən Musayeva yolunu dünyaca məşhur "Luvr" muzeyindən salıb.

Günay Leonardo da Vinçinin 1503-1519-cu illərdə çəkilən Mona Liza əsəri, İtalyan Paolo Veronese (1562 - 1563) tərəfindən Venesiya Benediktin qardaşlarının yeməkxanası üçün hazırlanmış kətan, Venera de Milonun və yatan hermafrodit adlı heykəlinin fotolarını çəkərək sosial şəbəkə izləyiciləri ilə bölüşüb.
Bundan əlavə, model turistlərin sevdiyi məkana çevrilən “Eyfel” qülləsinin önündə şəklini bölüşüb. G.Musayevanın macəra dolu Parisdən çəkdiyi görüntülər izləyicilər tərəfindən maraqla qarşılanıb.













Bizim.media

ƏVVƏLKİ XƏBƏR

Türkiyə Rusiyadan qazı endirimlə almaq istəyir

SONRAKI XƏBƏR

Qarabağda İran silahları “danışacaq” - VİDEO