Mingəçevirdə Gənclərin Motivasiya Forumu keçirilib

Mingəçevir şəhərində "Gənclər Paytaxtı 2023" tədbirləri çərçivəsində Heydər Əliyev Mərkəzində Gənclərin Motivasiya Forumu keçirilib

"Report"un məlumatına görə, forumda məşhur bloqerlər Kübra Məhərrəmova (jurnalist, Oxu.az), Fərid Pərdəşünas (texnobloqer), Azər Aydəmir (aktyor, ssenarist) və Azər Sanılı (Start IT Academy) gənclərlə görüşüblər.

Görüşdə öz təcrübələrini bölüşən bloqerlər uğur qazanmağın yollarını gənclərlə bölüşüb, onların suallarını cavablandırıblar.

Tədbir gənclər tərəfindən böyük maraqla qarşılanıb.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Gəncədə yanan mebel mağazasının sahibinə 2 milyon ziyan dəyib

SONRAKI XƏBƏR

Baydenin baş iqtisadi müşaviri istefa verib