Milyarder Rəşid Sərdarovun oğlu İTALİYADA EVLƏNDİ - VİDEO

Rusiyanın məşhur "Buro 24/7" nəşrinin baş redaktoru Yekaterina Darma sevgilisi, milyarder Rəşid Sərdarovun oğlu Timur Sərdarovla evlənib.

Bizim.Media xəbər verir ki, cütlüyün toyu İtaliyada baş tutub.

Rus "Elle" nəşrinin keçmiş baş redaktoru Yekaterina Muxina aşiqlərin toyunun görüntülərini Telegram kanalında yayımlayıb.

Qeyd edək ki, ötən ilin dekabrında Yekaterina Darma və Timur Sərdarov cütlüyün oğlan övladı dünyaya gəlib. Onlar körpələrinə babasının şərəfinə Rəşid adını veriblər.

Rəşad Əliyev

 

 

Bizim.media

ƏVVƏLKİ XƏBƏR

İraqda bina çökdü: ölənlər var

SONRAKI XƏBƏR

Ərdoğan hökuməti toplayır - İsveç və Finlandiya müzakirə olunacaq