Məşhur müğənnidən seriala verilən cəzaya REAKSİYA

Türkiyəli müğənni Hadisə yayımlanan "Kızılcık Şerbeti" adlı seriala verilən cəzaya münasibət bildirib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, ifaçı bu barədə öz sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, seriala verilən cəzanın bir zamanlar onun "Sıfır Tolerans" klipinə də verilib:

"2018-ci ildə "Sıfır Tolerans" klipinə vurulan erotik möhürü və televiziyalarda yayımlanmasına icazə verilməməsi üçün qoyulan qadağadan sonra RTÜK qaydaları məni təəccübləndirmir. O vaxt da susmadım, indi də susmuram. "Kızılcık Şerbeti" serialına qoyulan qadağanı çox gərəksiz hesab edirəm. Qadına qarşı şiddəti serialları qadağan edərək dayandıra bilməyəcəyinizi anlamağınız diləyi ilə".

Lent.az

ƏVVƏLKİ XƏBƏR

Bu yüksəklikdə Bayrağımız qaldırıldı - VİDEO

SONRAKI XƏBƏR

Dünyada bir ilk: silahla yeməyi dəyişəcəklər