Yevtuşenko: Bu, Rusiyanın quramasıdır, əslində isə...

Rusiya silahlı qüvvələri Enerqodara zərbələr endirir, lakin bunda Ukraynanı ittiham edir.

Axar.az xəbər verir ki, bu barədə Nikopol rayon hərbi administrasiyasının rəhbəri Yevgeni Yevtuşenko deyib.

“Dostlar, qarşıdakı sahildə Rusiya qoşunlarının “Ukrayna SQ Nikopol şəhərindən Enerqodarı atəşə tutur” quraşdırması var. Əslində isə, Rusiyanın özü atəşə tutur”, - deyə o bildirib.

Yevtuşenkonun sözlərinə görə, artilleriya zərbələrinin səsi eşidilir, eyni zamanda sosial şəbəkələrdə “peyda olan” blogerlər bundan təşviş yaratmağa çalışır.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Rusiya açıqladı: S-400-lərin Türkiyəyə çatdırılması...

SONRAKI XƏBƏR

Quba və Xaçmazda da yanğınlar baş verdi - VİDEO