Rusiyada səfərbərliyə qadınlar da cəlb ediləcək?

Rusiyanın müdafiə naziri Sergey Şoyqu qadınların qismən səfərbərlik çərçivəsində hərbi xidmətə çağırılıb-çağırılmayacağını açıqlayıb.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, Şoyqu belə bir planlarının olmadığını açıqlayıb.
"Xeyr, biz qadınlara müraciət etmək fikrində deyilik. Hazırda Prezidentin sərəncamına əlavələr hazırlanıb. Bilirsiniz ki, Prezidentin sərəncamına əsasən, dövlət ali məktəblərinin tələbələri səfərbərlikdə iştirak etmirlər. Dövlət tərəfindən akkreditə olunmuş kommersiya universitetlərinin tələbələri də səfərbərliyə cəlb olunmurlar. Onlar səfərbərliyə çağırılmayacaqlar”, - deyə nazir qeyd edib.

Yeniavaz.com

ƏVVƏLKİ XƏBƏR

“İan” ölkə tarixindəki ən dağıdıcı qasırğaya çevrilə bilər” - Bayden

SONRAKI XƏBƏR

Ukraynadan Afrikaya neçə gəmi göndərilib?