Nikaraqua Niderlandla diplomatik əlaqələri kəsib

Niderland həmişə Nikaraquaya təzyiqlər edərək ölkədə müxalifətə qarşı təzyiqləri, repressiyaları da­yandırmağa çağırıb. Nikaraqua öz növbəsində bildirib ki, Niderlandın nə ixtiyarı var ki, onun daxili işlərinə qarışsın, ona göstəriş versin və Amsterdamla diplo­matik əlaqələrini kəsdiyini bəyan edib.

Mərkəzi Amerika ölkəsi onu da bildirib ki, Niderlan­dın daim ona qarşı yürütdüyü təhdid və təhqir onu məcbur edib ki, Niderlandla əlaqələrə birdəfəlik son qoysun və Ni­derlandla bütün əlaqələrini kəsdiyini bildirib.

Qəzənfər QASIMOV

Xalqqazeti.com

ƏVVƏLKİ XƏBƏR

Yarpaq dolması alimlərin “qara siyahı”sında

SONRAKI XƏBƏR

“VAZ dairəsi”nin ləğvi sakinləri narazı salıb – VİDEO