“Gələn il çox sıx tikinti işləri həyata keçiriləcək ki, qısa müddətdə bizim soydaşlarımız öz doğma torpaqlarına qayıtsınlar”. Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bütün işlər Əlaqələndirmə Qərargahı ilə planlı şəkildə həyata keçirilir:
“Hesab edirik ki, yaxın 2-3 ilə artıq həm Ağdam şəhərinə, həm ətraf kəndlərə, eləcə də Füzuliyə, Xocavəndə və Tərtərin işğaldan azad olunmuş ərazilərinə soydaşlarımızın Böyük Qayıdışını müşahidə etmək imkanı əldə edəcəyik. Gələn ildən əsas tikinti layihələrimiz başlayır. 2025-ci ildən soydaşlarımızı doğma Ağdam şəhərinə qaytaracağıq”.
Emin Hüseynov əlavə edib ki, ilkin mərhələdə Ağdama 10 min nəfərə əhalinin köçürülməsi planlaşdırılır.