Ukrayna Luqansk vilayətinin bəzi məntəqələrini azad edib

Luqanskın azad edilməsinə başlanılıb, artıq rayonun bəzi yaşayış məntəqələri Rusiya ordusundan azad edilib.

Ednews-un mətbuatına istinadən xəbərinə görə, bunu Luqansk Regional Hərbi Administrasiyasının rəhbəri Sergey Hayday Telegram paylaşımında qeyd edib.

“Beləliklə, artıq rəsmidir. Luqanskın işğaldan azad edilməsi başlayıb. Bəzi yaşayış məntəqələri Rusiya ordusundan azad edilib və Ukrayna Silahlı Qüvvələri həmin yerlərdə Ukrayna bayrağı qaldırırlar”, - Hayday bildirib.

O, Luqanskın işğaldan azad edilməsinin davam etdiriləcəyini bəyan edib.

Ednews.net

ƏVVƏLKİ XƏBƏR

NATO: "Rusiya nüvə silahından istifadə etsə, cavab tədbiri görəcəyik"

SONRAKI XƏBƏR

2 ay əvvəl 2 şirkət yaratdı, 64 minlik tenderi uddu - Yeni MMC-lər kimindir?