Kəlbəcər istiqamətində ordumuzun mövqeləri ATƏŞƏ TUTULDU

Oktyabrın 5-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Alagöllər istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə  Müdafiə Nazirliyindən bildirilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Xırdalanda yaşayış binasında yanğın oldu

SONRAKI XƏBƏR

OPEC+ neft hasilatını azaldır