Ukrayna ordusu Luqanskda daha 6 məntəqəni geri aldı

Ukrayna hərbçiləri Luqansk vilayətində 6 yaşayış məntəqəsini ruslardan azad edib.

Axar.az xəbər verir ki, bu barədə Luqansk vilayət hərbi administrasiyasının sədri Sergey Qayday məlumat verib.

"Ukrayna qoşunları Luqansk vilayətində 6 yaşayış məntəqəsini azad edib. Rusiyanın 2014-cü ildə zəbt etdiyi ərazilərdən olan insanlar Ukrayna Silahlı Qüvvələrini gözləyirlər", - Qayday bildirib.

Qaydai hazırda işğal altında olan Luqansk vilayətinin sakinlərinə cəbhə xəttindən uzaqlaşmağı və ya sığınacaqlara yaxın olmağı tövsiyə edib.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Aİ Rusiya nefti üçün yuxarı qiymət həddinin tətbiqini razılaşdırıb

SONRAKI XƏBƏR

Saakaşvili məhkəmə iclası zamanı huşunu itirib