Bakı 17 əsiri qaytardı – İrəvandan gözlənilməz açıqlama

Azərbaycanın ötən gün geri qaytardığı 17 hərbi əsirlə bağlı yeni məlumat yayılıb.

Bu barədə erməni mediasına danışan Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Vardan Tadevosyan hazırda 10 hərbçinin sorğu-sual olunduğunu, 7 nəfərin isə müalicə edildiyini bildirib.

Onun sözlərinə görə, 17 hərbçi arasında ağır yaralı yoxdur, bəzilərində yüngül qəlbə yaraları qalıb.

Tadevosyan bildirib ki, Azərbaycanda erməni əsirlərə heç bir işgəncə verilməyib.

Qeyd edək ki, Bakı 13-14 sentyabr toqquşmalarında əsir götürülən 17 erməni hərbçini ötən gün geri qaytarıb.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

İran hökuməti etirazlara görə bu yola da əl atdı - Video

SONRAKI XƏBƏR

Ukrayna daha 3 qəsəbəni azad etdi