"Ermənistan Silahlı Qüvvələrində islahatlar aparır, bizim hərbi büdcəmiz bu gün ən böyük büdcədir"

"Ermənistan Silahlı Qüvvələrində islahatlar aparır, bizim hərbi büdcəmiz bu gün ən böyük büdcədir"

Xüsusi tapşırıqlar üzrə səfir Edmon Marukyan bildirib ki, Ermənistanın qonşuları ilə döyüşmək və ya onlara hücum etmək strategiyası və ya planı yoxdur.

“Bəli, Ermənistan Silahlı Qüvvələrində islahatlar aparır, bizim hərbi büdcəmiz bu gün ən böyük büdcədir. Niyə? Azərbaycanla sərhədimizin uzunluğu 500 km-dir, biz sərhədi möhkəmləndirməliyik, müdafiə strukturlarını bərpa etməliyik.

Həm də heç bir hücumdan, hər hansı qisasdan söhbət gedə bilməz”, o, Ermənistanın İctimai Televiziyasına bildirib.

Sülh müqaviləsinə gəlincə, Marukyan xatırladıb ki, Ermənistan öz təkliflərini Vaşinqtonda təqdim edib və Azərbaycanın cavabını gözləyir.

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

Xameneyinin qardaşı qızı dünyanı İranla əlaqələri kəsməyə çağırdı

SONRAKI XƏBƏR

Parlamentə istilik verilmədi, deputatlar qalın paltar geyindilər