Ağ Ev Rusiyanın Ukraynada hərbi yoxlamaların intensivləşdirilməsinə reaksiyasından ehtiyat edir

ABŞ prezidenti Co Baydenin administrasiyası respublikaçıların Kiyevə hərbi yardımın çatdırılmasına nəzarəti gücləndirmək tələbi ilə razılaşır. Bununla belə, o ehtiyat edir ki, ABŞ hərbi müfəttişlərinin Ukrayna ərazisində fəallığının artması Moskva tərəfindən Vaşinqtonun münaqişədə birbaşa iştirakı kimi şərh oluna bilər.

“Report” xəbər verir ki, bu barədə ABŞ administrasiyasının nümayəndələrinə və qanunvericilərə istinadən “The Washington Post” qəzeti yazıb.

Qəzet qeyd edib ki, hökumətin icra hakimiyyəti son həftələrdə Kiyevə silah tədarükünü izləmək səyləri barədə daha fəal hesabat verməyə başlayıb. Bununla administrasiya mahiyyətcə yanvar ayından başlayaraq yeni qurultayın Nümayəndələr Palatasında səs çoxluğu əldə edəcək respublikaçıların hərəkətlərini qabaqcadan görməyə çalışır.

“Həm Dövlət Departamenti, həm də Pentaqon ABŞ silahlarının yanlış əllərə keçməsinin qarşısını almaq üçün ukraynalılar üçün daha çox yoxlama və təlim keçirməyi planlaşdırdıqlarını açıqlayıb. Bu təşəbbüslər indiyədək audit və digər məsuliyyət tədbirlərinə çağıran respublikaçı skeptikləri sakitləşdirə bilməyib. Vaşinqtonda əksəriyyət nəzarəti artırmaq üçün atılan addımların ümumiyyətlə müsbət olması ilə razılaşır” - məlumatda vurğulanıb.

Bununla belə, mənbələr bildiriblər ki, administrasiya amerikalı müfəttişlərin Ukrayna ərazisindəki fəaliyyətini həddən artıq gücləndirməkdən ehtiyat edir:

“İndiyədək Bayden administrasiyası münaqişənin gərginləşməsindən qorxaraq müfəttişlərin və digər hərbi ekspertlərin Ukraynaya göndərilməsi tələblərinə qarşı çıxıb. Adının çəkilməsini istəməyən ABŞ rəsmiləri bildiriblər ki, amerikalı ekspertlər hazırda yoxlama apararkən heç bir silah gəzdirmirlər. Cəbhə xəttinə yaxın göndərilsəydilər, bu vəziyyət çox güman ki, qəbuledilməz olardı. Rəsmilərə və qanunvericilərə məlumat verən Bayden administrasiyası, Kremlin Amerikanın birbaşa müharibəyə qarışması kimi şərh edilə biləcək bir vəziyyət yaratmayacaq” , - “The Washington Post” yazıb.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Otelə hücum: Nazir xəsarət aldı

SONRAKI XƏBƏR

Keçmiş nişanlısını məhkəmə ilə hədələdi - FOTO