Zelenskinin Krımı ələ keçirmək cəhdi mübahisə yarada bilər?

Ukrayna Silahlı Qüvvələrinin Krıma hücum cəhdləri Ukrayna prezidenti Vladimir Zelenski ilə onun qərbli həmkarları arasında münasibətləri poza bilər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu fikri Britaniyanın “The Economist” jurnalı bildirib.

Ukrayna Qərb tərəfdaşları ilə razılaşmasa da, hazırda ölkə rəhbərliyi potensial böyük itkilər verə biləcəyinə baxmayaraq, Krıma hücum əməliyyatını istisna etmir.

Qeyd edək ki, Ukrayna mənbələri Krımı və Donbasın bir hissəsini, o cümlədən geniş informator şəbəkəsi olmadığı halda, Kiyevə geri qaytarmaq asan olmayacağını da etiraf edirlər.

Yeri gəlmişkən, Qərb Ukrayna Silahlı Qüvvələrinin Krıma hücum edəcəyi təqdirdə münaqişənin genişlənməsindən və buna cavab olaraq Rusiyanın nüvə silahından istifadə edə biləcəyindən ehtiyat edirlər.

Amma, qeyd edək ki, Rusiya hakimiyyəti bu cür bəyanatları məsuliyyətsizlik hesab edərək, nüvə eskalasiyası mövzusunu inkişaf etdirmək istəmədikləri barədə dəfələrlə danışıb.

Bundan əvvəl Zelenski xarici nəşrə verdiyi müsahibəsində əgər kimsə Ukraynaya Krımı qeyri-hərbi yolla qaytarmağı təklif etsə, onun tərəfdarı olacağını bildirmişdi.

Öz növbəsində, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə Moskva Zelenskinin bəyanatını Rusiya Federasiyasının ərazilərinin özgəninkiləşdirilməsi ilə bağlı müzakirə kimi qəbul etdiyini və bundan söhbət gedə bilməyəcəyini demişdi.

Sia.az

ƏVVƏLKİ XƏBƏR

““Kurtlar vadisi” yenidən çəkiləcək, mən də Güllü olacam..." - ÖZƏL - FOTOLAR

SONRAKI XƏBƏR

Etirazçı İran prezidentini belə susdurdu - VİDEO