Etirazçı İran prezidentini belə susdurdu - VİDEO

İran Prezidenti İbrahim Rəisi İslamşəhr şəhərində çıxışı zamanı gözlənilməz situasiya ilə qarşılaşıb.

Bu barədə informasiyanı “Azad İran” Teleqram kanalı yayıb.

Bildirilib ki, onun çıxışı zamanı iştirakçılardan biri qəfil ayağa qalxaraq antihökumət şüarları səsləndirib. O, Rəisini demək olar ki, susdurub.

“Köhnə düşüncələrin çərçivəsində qalmağı dayandırın! Bu günün işlərini sabaha təxirə salmağı dayandırın! Rüşvətxorluğu, korrupsiyanı və xətaları dayandırın! Dayandırın!”, – deyə gənc etirazını bildirib.

 

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Zelenskinin Krımı ələ keçirmək cəhdi mübahisə yarada bilər?

SONRAKI XƏBƏR

Britaniya Ukraynaya yüksək dəqiqlikli silahlar verdi- FOTO