Suriya ordusu türklərlə toqquşma yerlərinə əlavə qüvvələr göndərib

Suriya Silahlı Qüvvələrinin komandanlığı Türkiyə hərbçilərinin atəşə tutmasından sonra bölmələrin və zirehli texnikanın bir hissəsini Hələb vilayətinin şimal-şərqinə keçirib.

"Unikal" xəbər verir ki, bu barədə “Al Watan” qəzeti məlumat yayıb.

Mənbənin məlumatına görə, Ayn əl-Ərəb şəhərinə ən azı 20 tank və zirehli transportyor göndərilib, ora artilleriya qurğuları və ağır pulemyotlar da çatdırılıb.

Materialda bildirilib ki, qoşunların və texnikanın ötürülməsi Türkiyə Silahlı Qüvvələri və Suriya silahlı müxalifətinin 40-dan çox artilleriya zərbəsi endirdiyi intensiv atəşə məruz qalması ilə bağlıdır.

Eyni zamanda, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın vaxtlarda Suriya ilə münasibətlərin normallaşacağını istisna etməyib.

 

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

Qətər şeyxi geylərin təəssübünü çəkən Almaniya futbolçularına sərt cavab verdi...

SONRAKI XƏBƏR

Niderlandda su qıtlığı yarana bilər