Bayden Ukraynadakı savaşı qəsdən uzadır - Səbəb

ABŞ Prezidenti Co Baydenin administrasiyası iqlim gündəmindən istifadə edir və Ukraynadakı münaqişəni maddi mənfəət əldə etmək üçün qəsdən uzadır, bununla da amerikalılara zərər verir.

Bunu "Foks Nyus"un aparıcısı Taker Karlson deyib.

"Bu siyasi kursların heç biri Amerika xalqının xeyrinə deyil. Bunlar enerji xərclərini artırmaq, hazırda hakimiyyətdə olan insanları gücləndirmək və təbii ki, onları zənginləşdirmək üçün nəzərdə tutulub", - o bildirib.

Karlson qeyd edib ki, Baydenin “dəli strategiyası” yalnız Amerika iqtisadiyyatının məhvinə gətirib çıxarır, çünki orta təbəqə yüksək enerji qiymətləri səbəbindən yoxsullaşır:

"Ölkəmizin bütün rifahı enerjidən asılıdır. Bizim istehlak iqtisadiyyatımız onun üzərində qurulub. Bahalı enerji iqtisadiyyatımızı məhv edir - insanlar getdikcə yoxsullaşır, hətta bəziləri öləcək. Bu, təxmin deyil. Hər şey belə olacaq".

Aparıcının fikrincə, Ukraynada atəşkəs əksər problemlərin həllinin yeganə yoludur:

"Bu, dünyaya və bizim orta təbəqəmizə kömək edərdi. Lakin Bayden administrasiyası həll yolu axtarmır. Əksinə, getdikcə yoxsullaşan Amerika orta sinfindən bir neçə dollar daha çox almağın yollarını axtarırlar".

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanlıların sevdiyi tanınmış aktrisa vəfat etdi

SONRAKI XƏBƏR

Türkiyə qaz idxalından asılılığını 30% azalda bilər