Britaniya 2023-cü ildə Ukraynaya hərbi yardımı artıra bilər

Böyük Britaniya 2023-cü ildə Ukraynaya hərbi yardımı artıra bilər.

“Report” xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Rişi Sunak bəyan edib.

“Heç bir şübhəniz olmasın. Biz Ukraynaya nə qədər lazımdırsa, onu dəstəkləməyə davam edəcəyik. Gələn il hərbi yardımımızı saxlayacağıq və ya artıracağıq. Biz ukraynalıları və onların güvəndiyi kritik infrastrukturu qorumaq üçün yeni hava hücumundan müdafiə yardımı təqdim edəcəyik. Ukraynanı qorumaqla biz özümüzü qoruyuruq” - deyə, o bildirib.

Oktyabrın 25-də Baş nazir olan Sunak xarici siyasətlə bağlı ilk böyük çıxışında krallıq üçün uzunmüddətli strategiyanın zəruriliyinə diqqət çəkib:

“Mənim rəhbərliyim altında biz status-kvonu qəbul etməyəcəyik. Biz fərqli davranacağıq. Biz həmişə olduğu kimi, azadlığa, aşkarlığa və qanunun aliliyinə sarsılmaz inamımızla inkişaf edəcəyik, bu çağırış və rəqabət anında maraqlarımızın qorunacağına və dəyərlərimizin üstün olacağına əminik. Düşmənlərimiz və rəqiblərimiz uzunmüddətli planlar qururlar. Çətinliklər qarşısında qısa müddətli planlar və ya arzular yetərli deyil”.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanlıların sevdiyi tanınmış aktrisa vəfat etdi

SONRAKI XƏBƏR

Türkiyə qaz idxalından asılılığını 30% azalda bilər