Rusiya savaşı bitirməsə, aclıq başlayacaq

Əgər Rusiyanın Ukraynadakı hərbi əməliyyatı qışın sonuna qədər bitməsə, Avropa əsl enerji aclığı ilə qarşılaşacaq.

Axar.az xəbər verir ki, bunu italiyalı siyasətçi Paola Gentiloni deyib.

Onun fikrincə, Avropada iqtisadi vəziyyət 2023-cü ilin ortalarında yaxşılaşacaq və inflyasiya ilin ikinci yarısında azalacaq:

"Amma eyni zamanda, Ukraynadakı münaqişə o vaxta qədər həll olunmasa, yeni qış mövsümündə enerji resursları ilə bağlı vəziyyət (Avropada - red) builkindən daha da çətinləşəcək".

Gentiloni qeyd edib ki, Avropa ölkələri daha çox inflyasiyaya səbəb ola biləcək siyasi gedişlərdən çəkinməlidir.

"Bunun əvəzinə dünya bazarında baş verən böyük dəyişikliklər qarşısında Avropa iqtisadiyyatını daha rəqabətqabiliyyətli etməyə kömək edəcək investisiyalar axtarılmalıdır", - o bildirib.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

ABŞ Ukraynaya dəstək fonunda Tayvanı silahla təmin edə bilməyəcəyindən ehtiyatlanır

SONRAKI XƏBƏR

ŞOK İDDİA: Makron Paşinyanın əli ilə Putindən QİSAS ALACAQ