Leyla Abdullayeva Fransa XİN-in departament direktoru ilə görüşdü- FOTO

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva və Fransa Xarici İşlər Nazirliyinin Kontinental Avropa departamentinin direktoru Frederik Mondoloni arasında görüş olub.

Manset.az xəbər verir ki, bu barədə azərbaycanlı diplomat tviterdə bildirib.

“Bu gün Fransa Xarici İşlər Nazirliyinin Kontinental Avropa departamentinin direktoru cənab Frederik Mondoloni ilə açıq, səmimi və əhatəli dialoqumuz olub. Bu görüş və açıq fikir mübadiləsinə görə

Mondoloniyə təşəkkürümü bildirirəm”, - L. Abdullayeva sosial şəbəkədə qeyd edib.

Manset.az

ƏVVƏLKİ XƏBƏR

16 yaşlı yeniyetmə itkin düşüb

SONRAKI XƏBƏR

DTX Naxçıvanda daha bir qurumda əməliyyata başladı