KİV: "Tokio, London və Roma gələn həftə birgə qırıcı hazırlayacaqlarını elan edə bilərlər"

Yaponiya, Böyük Britaniya və İtaliya rəhbərliyi gələn həftə yeni nəsil qırıcının birgə hazırlanmasına dair razılaşmanı elan edə bilər.

“Report” xəbər verir ki, bu barədə mənbələrə istinadən “Reuters” məlumat yayıb.

Beləliklə, Yaponiya ilk dəfə olaraq bunun həyata keçirilməsinə ABŞ rəhbərliyini cəlb etmədən böyük müdafiə layihəsi ilə məşğul olacaq. Eyni zamanda, agentlik vurğulayıb ki, Böyük Britaniya tərəfinin qırıcının hazırlanmasında iştirakı Londonun Asiya regionunda əhəmiyyətini artıra bilər.

Layihədə aparıcı rolun Yaponiyanın “Mitsubishi Heavy Industries” və Böyük Britaniyanın “BAE Systems” şirkətlərinə həvalə ediləcəyi gözlənilir. Eyni zamanda, 2023-cü ildə tərəflər məsuliyyətin bölüşdürülməsi və qarşıdan gələn inkişafın digər aspektlərini müzakirə etməyə davam edəcəklər.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Ronaldu Portuqaliya millisinin hədəfini açıqladı

SONRAKI XƏBƏR

Cənubi Koreya Şimali Koreyaya qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib