Bakı bu gün Xankəndi yolunda nəyə nail oldu?

Ermənilər anlayırlar ki, gün gələcək və Ermənistanla Qarabağı birləşdirən yolda Azərbaycan gömrük və sərhəd postları fəaliyyətə başlayacaq. Bu gün yolun təxminən 3 saat bağlı qalması və Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşlarının Rusiya sülhməramlı qüvvələri ilə yolda danışıqlar aparması buna misaldır. Nəbz yoxlaması uğurla həyata keçirildi.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bu gün Xankəndi yolunda baş verən olayla bağlı qeyd edib.

“Azərbaycan məmurlarının daha sonra Xocalıda sülhməramlı qüvvələrin qərargahında sülhməramlıların komandanlığı ilə müzakirələri davam etdirməsi də ermənilərə mesajdır ki, bu yerlərdə azərbaycanlıları görməyə alışmalıdırlar. Maraqlıdır ki, Ermənistan hakimiyyəti bu gün baş verənləri soyuqqanlı qarşıladı, kəskin reaksiya vermədi, Qarabağdakı separatçılar isə haray-həşir saldılar. Onlar qorxu içindədirlər və cavab tapmağa çalışdıqları sual budur: “Rusiya yolun Azərbaycan hərbçiləri tərəfindən nəzarətə götürülməsinə seyrçimi qalacaq, yoxsa buna imkan verməyəcək və Azərbaycan məmurları bundan sonradamı Xocalıya və ya Xankəndiyə gələcəklər?” – politoloq bildirib.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Rusiya sanksiyalar şəraitində öz neftini satmaq üçün "kölgə donanması" formalaşdırır

SONRAKI XƏBƏR

İranda əhalini etiraza çağıran 9 nəfər tutulub