"Erməni öz torpağına möhkəm bağlıdır və onu müdafiə etməyə hazırdır" - Saqatelyan

Ermənistan parlamentinin “Ermənistan” fraksiyasından olan bir qrup deputatı Qeqarkunik rayonuna səfər edib.

Bu barədə fraksiyanın deputatı İşxan Saqatelyan öz Facebook səhifəsində yazıb.

“Bu gün biz “Ermənistan” blokunun deputatları Seyran Ohanyan, Aqvan Vardanyan, Qarnik Danielyan, Kristine Vardanyan və Arqişti Gevorqyanla Qeqarkunik rayonuna səfər etdik.

Sentyabrın 13-də döyüş baş vermiş sərhəd kəndlərində olduq. Döyüş əməliyyatları nəticəsində həlak olan və itkin düşmüş hesab edilənlərin ailələrinə baş çəkdik.

Aregun, Sotk, Pokr Masrik, Norabak kəndlərində və Vardenis şəhərində ictimai görüşlər keçirdik, vəziyyətlə bağlı müzakirələr apardıq.

Dövlətin düşmənçilik hərəkətlərinə və fəaliyyətsizliyinə baxmayaraq, erməni öz torpağına möhkəm bağlıdır və onu müdafiə etməyə hazırdır”, – Saqatelyan

Xuraman Etibarlı

konkret.az

ƏVVƏLKİ XƏBƏR

Yunanıstandan Ukraynaya gecə yarısı silah daşındı

SONRAKI XƏBƏR

Qarabağdakı Rusiya sülhməramlılarının geyimində “Z” işarəsi - VİDEO