Volodimir Zelenski: "Rusiya ilə sülh danışıqları olmayacaq”

“Bəzi beynəlxalq tərəfdaşların çağırışlarına baxmayaraq, Rusiya ilə sülh danışıqları istisnadır”.

“Report” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Financial Times”a müsahibəsində deyib.

O bildirib ki, Rusiya ilə danışıqlar məsələsində rəsmi Kiyevlə Qərbin maraqları fərqli ola bilər: “Rusiyanın müharibə cinayətləri Ukrayna ictimaiyyətini Moskva ilə kompromislərlə bağlı daha sərt mövqe tutmağa vadar etdi. Bəzi müttəfiqlər Ukraynanın Krımı azad etmək cəhdinin nüvə eskalasiyasının başlanmasına səbəb olacağından ehtiyat edirlər”.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycan və Türkiyə sərhəddə “od ələyirlər”: İrana adekvat CAVAB - RƏY + FOTO

SONRAKI XƏBƏR

Ukrayna Mariupolu vurdu: 2 S-300 məhv edildi