İlqar Məmmədov: "Hakimiyyətlə dialoq yenilənməlidir"

“Hakimiyyətlə dialoqa müharibə ərəfəsində, bir başqa Azərbaycanda başlamışdıq. Torpaqları işğal altında olan Azərbaycanda. Həmin dövrdə milli birliyə verdiyimiz töfhə dialoqun ən ciddi nəticəsi oldu. Ölkəmiz müharibəni qazandı, beynəlxalq mövqelərini möhkəmləndirdi. Başqa nəticələr də oldu – siyasi məhbus sayının azalması kimi. Amma vaxt keçdikcə, daxili siyasətə dair fikir ayrılıqlarımız təbii olaraq artmalı idi və artdı da”.

Pravda.az xəbər verir ki, bunu REAL Partiyasının sədri İlqar Məmmədov deyib.

İ.Məmmədov bildirib ki, əlaqələrimiz qaynar xətt səviyyəsinə enib: “Bundan sonra nə olacaqsa, tarixi nəticə dəyişməyəcək: 2020-2022 dialoqu bütün çatışmazlıqlarına baxmayaraq ümumən millətimizə faydalı oldu. İndi dialoq yenilənməli, xarici siyasət məqsədlərindən daha çox daxili siyasət məqsədlərinə istiqamət almalıdır”.

 

 

Pravda.az

ƏVVƏLKİ XƏBƏR

KTMT ölkələrinin spikerləri Moskvaya getdilər

SONRAKI XƏBƏR

Türkiyədə 2 nəfərin öldüyü təyyarə qəzasının görüntüləri ortaya çıxdı - VİDEO