Lavrovdan sülh müqaviləsi ilə bağlı SON DƏQİQƏ açıqlaması

"Rusiya Azərbaycanla Ermənistan arasında nəqliyyat əlaqələrinin açılmasına, sərhədlərin delimitasiyasına və sülh müqaviləsinin bağlanmasına töhfə vermək niyyətindədir". Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşündə deyib.

"Biz nəqliyyat əlaqələrinin açılmasına, sərhədin delimitasiyasına, sülh müqaviləsinin bağlanmasına və ümumilikdə etimad tədbirlərinin gücləndirilməsinə, o cümlədən ictimai strukturlar politoloqlar, millət vəkilləri arasında əlaqələrin inkişafı yolu ilə mümkün olan hər şeyi etməkdə maraqlıyıq" - Lavrov bildirib.

O qeyd edib ki, bugünkü görüşün mühüm mövzusu Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında 2020-ci ilin noyabr, 2021-ci ilin yanvar-noyabr aylarında əldə edilmiş üçtərəfli sazişlərin və bu ilin oktyabrında Soçi görüşündə imzalanmış sazişlərin icrası məsələsidir:

“Bundan başqa, regionda əməkdaşlıq, Xəzərin dinamikası, ATƏT, MDB və digər proseslər də gündəmdədir”.




 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

Bakıya gələn mikroavtobus qəzaya uğradı: Yaralılar var

SONRAKI XƏBƏR

Yaponiya uyğurların hüquqlarının pozulmasından narahatlığını ifadə edib