Ceyhun Bayramov Azərbaycan və Rusiya arasında yol xəritələrindən danışıb

Bizim müntəzəm əlaqələrimiz, həm ikitərəfli əsasda, həm də beynəlxalq tədbirlər çərçivəsində ünsiyyətimiz artıq yaxşı ənənəyə çevrilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə deyib.

"Azərbaycan və Rusiya arasında liderlər səviyyəsindən başlayaraq, hökumət başçıları, aidiyyəti nazirlik və idarələr, Rusiya Federasiyasının subyektlərinin rəhbərləri səviyyəsində müxtəlif istiqamətlər üzrə danışıqlar prosesinin intensivliyi iki ölkə arasında dialoqların geniş spektrinin ən bariz nümunəsidir. Bu baxımdan, mənə elə gəlir ki, qarşılıqlı ticarət dövriyyəsinin, elmi-texniki əlaqələrin, humanitar əlaqələrin artırılması baxımından qarşılıqlı əlaqələri əks etdirən və tənzimləyən müvafiq yol xəritələrinin həyata keçirilməsinə də diqqət yetirilməsi mühüm element olacaq. Düşünürəm ki, bu gün bizim bütün bu spektrləri nəzərədn keçirmək imkanımız olacaq və təbii ki, mühüm mövzu Ermənistan-Azərbaycan münasibətlərinin münaqişədən sonra normallaşması, Rusiyanın vasitəçilik səyləri və üçtərəfli bəyannamələrin icrasıdır. Düşünürəm ki, bütün bu məsələləri bu gün müzakirə etmək üçün fürsətimiz olacaq", - deyə o bildirib.

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

DÇ-2022: Fransa millisinin kapitanı iki tarixi rekordu təkrarlayıb

SONRAKI XƏBƏR

ABŞ İranı hədələdi