Çin tərəfi Monqolustandan kömür oğurluğunda iştirak edən məmurları edam edib.
Bu barədə "CentralAsia" portalı məlumat yayıb.
Nəşrin məlumatına görə, Monqolustandan ixrac edilən kömürün miqdarı Çin tərəfinin aldığı kömürdən fərqlidir:
"Çin tərəfi kömürün oğurlanmasında iştirak edən məmurları edam edib və bu işdə əli olan Monqolustan siyasətçilərinin adlarını baş nazir Luvsannamsrein Oyuun-Erdeneyə göndərib”.
Qeyd edək ki, ötən gün Monqolustanın paytaxtı Ulan-Batorda Hökumət Sarayının qarşısında 1,8 milyard dollar (bəzi mənbələrdə 11 və 12,9 milyard dollar - red.) dəyərində kömür oğurluğu xəbərləri fonunda etiraz aksiyası keçirilir. Etirazçılar korrupsiyasının üzə çıxarılmasını və oğruların adlarının çəkilməsini tələb edirlər.