Rusiya Ukraynanın Kuraxov şəhərinə zərbələr endirib, ölənlər və yaralananlar var

Rusiya hərbi qüvvələri Ukraynanın Donetsk vilayətinin Kuraxov şəhərinə zərbələr endirib, ölənlər və yaralananlar var...

PİA.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski "Facebook" hesabında bildirib.

"Terrorçular dinc Kuraxov şəhərinə hücum ediblər. Bazar, avtovağzal, yanacaqdoldurma məntəqəsi, yaşayış binaları atəşə tutulub. Ən azı 6 mülki şəxs həlak olub, 5-i yaralanıb", - Ukrayna Prezidenti qeyd edib.

Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Kiril Timoşenko isə bildirib ki, Rusiya qüvvələrinin reaktiv raket sistemlərindən istifadə edərək Donetsk vilayətinin Kuraxov şəhərinə zərbələr endirməsi nəticəsində 8 nəfər həlak olub, 5 nəfər yaralanıb.

 

Fotolar

pia.az

Pia.az

ƏVVƏLKİ XƏBƏR

Qrip səbəbindən Bakıda uşaqların dərsə davamiyyətində problemlər var? - AÇIQLAMA

SONRAKI XƏBƏR

Rusiyaya sarsıdıcı zərbə vuruldu: Kreml indi Azərbaycan və Türkiyədən asılıdır