Əsirlikdən qayıdan xocalıların fars döyüşçülərlə bağlı yazdıqları... - İranla bağlı şok fakt

“Qarabağda qanunsuzluğun, Azərbaycan yataqlarının talan edilməsinin, terrorçu-diversiya qruplarının ərazimizə daxil olmasının qarşısını almaq üçün özümüz ora nəzarət etməliyik. Son vaxtlar İrandan erməni separatçılarının yanına iki dəstə gəlib. Bu, hələ biz bildiyimizdir. Bəlkə də 2 dəstə deyil, 12 dəstə gəlib. Qanunsuzluğun olmaması, qanunsuz dəstələrin tabe olması üçün bizim həmin yolda sərhəd buraxılış məntəqəsi, gömrük postumuz olmalıdır. Burada qanunsuz heç nə yoxdur. Hər bir müstəqil dövlət öz ərazilərinə nəzarət etməkdə, post qurmaqda azaddır. Rusiya, İran, Avropa dövlətləri və Amerika... Kim buna etiraz edə bilər? Bu, beynəlxalq hüquqdur. Bu mənada postlarımızı qoyub nəzarət etməli, kimin nə aparıb, nə gətirdiyini bilməliyik. Belə olan təqdirdə separatçıların əl-ayağı bağlanacaq”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Deputat bildirib ki, Azərbaycan ərazilərini işğaldan azad etdikdən sonra İranın 30 il ərzində istifadə etdiyi narkotrafikin qarşısı kəsilib, 100 milyonlarla qazanc əldən gedib:

“İran buna görə çox narazılıq edir. İndi İrandan terrorçu qrupları Xankəndinə gəlir. Biz hökmən yeni Laçın yolunda sərhəd məntəqəmizi qoymalıyıq. Bəli, bunu deyirik, gündəmə gətiririk. Deyirik ki, Azərbaycan ərazisinə xaricdən heç kim Ermənistan vasitəsilə daxil olmasın. Hətta İvana və ya Andreyə xəbərdarlıq edirik. Bunlar yaxşıdır, lap yaxşısı isə postu qoymaq, Azərbaycana daxil olan şəxslərin kim olmasını bilməkdir”.

Millət vəkili İranla bağlı daha bir ifşaedici fakt açıqlayıb:

“Xocalı soyqırımı zamanı bizim çox sayda vətəndaşımız əsir düşmüşdü. Mən, xocalıdan olan əsirlərdən danışıram. Əsirlikdən sağ gələnlərin rəsmi ifadələri var. Bu izahatlar o dövrdə hüquq-mühafizə orqanlarına verilib və yəqin ki, qalır. Əsirlikdən gələnlər ifadəsində yazırdılar ki, fars millətindən olan döyüşçülər də ermənilərlə birlikdə vuruşurdu. Onlar qeyd edirdilər ki, fars döyüşçülər ASALA ilə birlikdə hərəkət edirdilər. Bu gün artıq aşkar olub ki, İran xüsusi xidmət orqanları ilə ASALA arasında işbiriyi var. Bu sübutdur. İndi İran niyə cavab vermir ki, bu insanlar kimdir və bizim ərazimizə hansı məqsədlə gəliblər. Mən hesab edirəm ki, bu qorxulu siqnaldır, bunlar növbəti nəyəsə hazırlaşırlar”.

Teleqraf.com

ƏVVƏLKİ XƏBƏR

İran etirazlarda bu ölkəni günahlandırdı - İDDİA

SONRAKI XƏBƏR

“Rusiya Azərbaycan-Ermənistan dialoquna maneə törədir” – İdeal vasitəçi kim ola bilər?