"Polşadakı millətçi qruplar Ukraynanın qərbini ələ keçirməyi planlaşdırır" - Putin

Rusiya Prezidenti Vladimir Putin Polşadakı millətçi qrupların Ukraynanın qərb ərazilərini ələ keçirməyi ciddi şəkildə planlaşdırdığını bildirib.

Redaktor.az "İzvestiya"ya istinadla xəbər verir ki, o, bu barədə dekabrın 7-də Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Hüquqlarının Müdafiəsi Şurasının üzvləri ilə görüşündə məlumat verib.

Dövlət başçısı qeyd edib ki, yalnız Rusiya Ukraynanın ərazi bütövlüyünün yeganə real təminatçısı ola bilər.

Qeyd edək ki, dekabrın 4-də ABŞ Dəniz Piyadaları Korpusunun təqaüddə olan kəşfiyyat zabiti Skott Ritter bildirib ki, Polşa 1939-cu ildə ölkənin tərkibində olan ərazi və şəhərlərdə Qərbi Ukraynanı daha da ələ keçirmək üçün Kiyev rejimini dəstəkləmək bəhanəsi ilə Ukraynaya öz ordusunu göndərməyi planlaşdırır.

Həmin gün səhər saatlarında Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Polşanın Ukraynanın qərbini ilhaqını sürətləndirdiyini açıqlamışdı. Onun sözlərinə görə, bunu xüsusi xidmətə daxil olan məlumatlar sübut edir. O, əlavə edib ki, Varşava fəal və israrlı hərəkətlərə yönəlib, çünki NATO-nun “böyük” tərəfdaşlarının ukraynalıların və polyakların istəklərinə zidd olaraq qışda Moskva ilə danışıqlar aparmağa cəhd edəcəyindən qorxur.

Bundan əvvəl aprel ayında Narışkin bildirmişdi ki, Varşava və Vaşinqton Polşanı Qərbi Ukrayna ilə “yenidən birləşdirmək” planını müzakirə edirlər. Onun sözlərinə görə, “yenidən birləşmənin” birinci mərhələsi Polşa qoşunlarının Qərbi Ukrayna ərazisinə daxil olması olmalıdır ki, bu da ölkədə parçalanmaya gətirib çıxaracaq.

Turan İSMAYIL

Redaktor.az

ƏVVƏLKİ XƏBƏR

Deputat Ukrayna müharibəsinə qoşulan azərbaycanlılarla bağlı məsələ qaldırdı

SONRAKI XƏBƏR

Sülh sazişi mətninə İrəvandan daha bir pozucu münasibət...