“Ukrayna heç vaxt Rusiya ilə sülh sazişinə razı olmayacaq”

“Ukrayna ərazilərinin bəzilərini hərbi, digərlərini isə diplomatik yolla alacaq”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.

“Ukrayna heç vaxt Rusiya ilə sülh sazişinə razı olmayacaq. O, ərazilərinin bəzilərini hərbi, digərlərini isə diplomatik yolla alacaq”,-deyə nazir bildirib.

Kuleba vurğulayıb ki, Kiyev təkcə fevral işğalından sonra itirdiyi torpaqları deyil, həm də Krım yarımadasını və onun hissələrini geri alır.

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

ABŞ senatorları neft şirkətləri üçün vergi güzəştlərini ləğv etmək istəyirlər

SONRAKI XƏBƏR

Şengen zonası genişlənir: Xorvatiya müsbət, Rumıniya və Bolqarıstan mənfi cavab aldı