Aİ Azərbaycana başsağlığı verdi

Avropa İttifaqı (Aİ) Azərbaycana başsağlığı verib

Bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrellin mətbuat katibi Peter Stano sosial şəbəkə hesabında yazıb.

“Azərbaycanın İrandakı səfirliyinə hücumu, diplomatik nümayəndəliklərə hücumlar qəbuledilməzdir”, - deyə o qeyd edib.

Peter Stano həlak olan şəxsin ailəsinə başsağlığı verib, yaralıların tezliklə sağalmasını arzulayıb və obyektiv istintaqın aparılacağını, cinayətkarın məsuliyyətə cəlb olunacağına ümid etdiyini bildirib.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Ukraynalı məmurların xaricə getməsinə qadağa qoyuldu

SONRAKI XƏBƏR

Qərbi Azərbaycan İcması Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktını qınayıb