İtaliyanın Tehrandakı səfirliyi Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən silahlı hücuma münasibət bildirib.
AZƏRTAC xəbər verir ki, İtaliyanın İrandakı səfirliyinin tviter hesabında bununla bağlı qeyd olunub: “Səfirliyin binasına və işçilərinə qarşı həyata keçirilən qəddar hücuma görə Azərbaycanın Tehrandakı səfirliyinə dərin hüznlə başsağlığı veririk”.
Nihad Budaqov