ABŞ səfirliyi İstanbulda mümkün terror xəbərdarlığı yaydı

ABŞ -ın Türkiyədəki səfirliyi mümkün terrorla bağlı xəbərdarlıq yayıb. Səfirliyinin nümayəndələri belə hesab edirlər ki, terror aktları İstanbulda baş verə bilər. “ABŞ səfirliyi vətəndaşları terrorçuların mümkün cavab hücumları ilə bağlı xəbərdar edir”, - səfirliyin yaydığı bəyanatda yazılıb.

Qeyd olunur ki, məşhur turistik yerlər, sinaqoqlar, kilsələr hücum obyektinə çevrilə bilər. Diplomatlar əlavə ediblər ki, Türkiyə rəsmiləri bu məsələləri nəzarətdə saxlayırlar.


 

 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

İlqarə ilə şəkillərini paylaşdı

SONRAKI XƏBƏR

Ərdoğan Makronu səriştəsiz lider adlandırdı