Gərginlik artır: İsrail daha bir neçə hərbi obyekti vurdu - VİDEO

İsrail Qəzza zolağına zərbələr endirib.

Bakupost.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə

İsrail ordusu məlumat yayıb.

"Qəzza zolağından İsrailin raket atəşinə tutulmasına cavab olaraq, müdafiə ordusunun qırıcıları Qəzza sektorunda kimyəvi materiallar, həmçinin HƏMAS terror təşkilatına aid silah istehsalı müəssisələrinə hücum edib", - məlumatda deyilir.

Qeyd olunur ki, İsrail ordusu “Qəzzadan təşkil olunan bütün terror fəaliyyətlərinə görə HƏMAS-ın məsuliyyət daşıdığını” hesab edir:

"Ona görə də İsrailin təhlükəsizliyinin pozulması ilə nəticələnən hadisələrə görə HƏMAS cavab verməli olacaq".

Bloomberq isə yazır ki, İsrail HƏMAS-ın "İzzəddin əl-Qəssam Briqadaları" kimi tanınan hərbi qanadına aid obyekt və bazalara zərbələr endirib.

 

 

Zaur

BakuPost

 

Bakipost.az

ƏVVƏLKİ XƏBƏR

Məleykə Abbaszadə: “Gələcəkdə dövlət qulluğuna seçim zamanı səriştə modeli tətbiq olunacaq”

SONRAKI XƏBƏR

Xavi: “Yetirmələrim qələbəyə acdırlar”