Gələn il üçün orta aylıq əməkhaqqı müəyyənləşdiriləcək

 

2024-cü il və sonrakı üç il üçün orta aylıq əməkhaqqının dəqiqləşdirilmiş variantı müəyyənləşdiriləcək...

PİA.az xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun bu gün imzaladığı “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və ortamüddətli proqnoz göstəricilərinin hazırlanması barədə” sərəncamda əksini tapıb .

Sərəncama əsasən, İqtisadiyyat Nazirliyi 2024-cü il və sonrakı üç il üçün ümumi daxili məhsulun həcminin, istehlak qiymətlərinin ortaillik indeksinin, orta aylıq əməkhaqqının, əhalinin gəlir və xərclərinin, məşğulluğunun və demoqrafik göstəricilərinin ilkin variantını 2023-cü il martın 1-dək, dəqiqləşdirilmiş variantını isə 2023-cü il avqustun 1-dək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim etməlidir.

pia.az

 

Pia.az

ƏVVƏLKİ XƏBƏR

Ermənistan ehtiyatda olan hərbi qulluqçular üçün təlimlərin yeni mərhələsini təsdiqləyib

SONRAKI XƏBƏR

Norveçin Baş naziri: “Ukraynaya maliyyə dəstəyini artıracağıq”