"Ukraynaya “SAMP-T” raketləri 8 həftəyə veriləcək" - İtaliya XİN

İtaliya və Fransa 7-8 həftəyə Ukraynaya “SAMP-T” hava hücumundan müdafiə sistemləri verəcək.

APA ANSA-ya istinadla xəbər verir ki, bu barədə İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani deyib.

“SAMP-T” zenit-raket kompleksinin (SAM) tərtibçisi və istehsalçısı Avropanın “Eurosam” konsorsiumudur.

Xatırladaq ki, 2022-ci ilin martında İtaliya parlamenti Ukraynaya yardım, o cümlədən hərbi yardım göstərilməsi haqqında qətnaməni təsdiqləyib.

Azpolitika.info

ƏVVƏLKİ XƏBƏR

Dildə bu dəyişikliklər koronavirusa işarə edir

SONRAKI XƏBƏR

ABŞ-da gizli sənəd axtarışı davam edir: bu dəfə onun evini axtaracaqlar