Rusiyada “Kraken” virusuna ikinci yoluxma qeydə alınıb

Rusiyada koronavirusun “Omikron” ştammının “Kraken” subvariantına ikinci yoluxma qeydə alınıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, bu variantın ölkədə geniş yayılma ehtimalı azdır.

Qeyd edək ki, “Kraken” subvariantına Rusiyada ilk yoluxma yanvarın 12-də qeydə alınıb. Dünyada bu varianta ilk dəfə Rusiyada rast gəlinib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Bu ölkədən ABŞ-a etiraz: Daxili işlərimizə qarışma

SONRAKI XƏBƏR

İranda bir sıra bələdiyyə rəhbərləri həbs edildi