Novruz Aslanov növbəti qəbulunu keçirib

Fevralın 2-də millət vəkili Novruz Aslanov İsmayıllı rayonunda seçicilərini qəbul edib.

"Unikal" xəbər verir ki, qəbulda seçiciləri narahat edən məsələlər müzakirə edilib.

Əhalinin sosial müdafiəsi ilə bağlı məsələlərin müzakirəsində təqaüdlər, müavinətlər barədə bir çox suallara aydınlıq gətirilib. Sosial təminat sahəsində yeniliklər barədə qəbula gələn seçicilərə məlumat verən millət vəkili, elektron prosedur qaydalarının əhəmiyyətindən də danışıb. Digər məsələlər barədə də müraciətlər olub, şəxsi məişət problemləri olan sakinlərə müvafiq yardımların edilməsi nəzərdə tutulub. İvanovka kəndinin bir qrup sakini deputatla bəzi məsələlər barədə müzakirələr aparıb. Novruz Aslanov bu məsələlər ilə bağlı müvafiq qurumlara müraciət edəcəyini bildirib.

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

Bələdiyyə sədri onu lağa qoyan icra başçısını MƏHKƏMƏYƏ VERDİ

SONRAKI XƏBƏR

Yaponiyada toqquşma nəticəsində yük gəmisi batıb: İtkin düşənlər var - FOTO/VİDEO