Meksika Türkiyəyə xilasedicilər göndərir

Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması, dağıntılar altında qalanların xilas edilməsi məqsədilə dünyanın müxtəlif yerlərindən yardımçı heyətlərin qardaş ölkəyə gəlişi davam edir.

Öz xilasedicilərini bölgəyə yollayan dövlətlər arasında Meksika da var.

Məlumata görə, Amerika ölkəsi 145 mütəxəssisini yardım üçün Türkiyəyə yola salıb.

Heyətin yaxın saatlarda dağıntıların olduğu ərazilərə çatacağı gözlənilir.

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Zəlzələ nəticəsində su səviyyəsinin qalxması Hatayda selə səbəb oldu - VİDEO

SONRAKI XƏBƏR

Monteneqro da Türkiyəyə xüsusi təlim keçmiş xilasedicilər göndərib