Azərbaycan XİN: Türkiyəyə növbəti yardıma hazırlıq tam sürətlə davam edir

"Türkiyəyə növbəti yardıma hazırlıq tam sürətlə davam edir".

"Ölkə.az" xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə tviterdə bildirib.

"Azərbaycan qardaş Türkiyəyə zəlzələdən zərər çəkənlər üçün çadırlar, yataq dəstləri, qızdırıcılar, stollar, oturacaqlar və digər avadanlıqlardan ibarət təyyarələr və xüsusi maşınlar göndərir. İndiyədək 470-dən çox xilasetmə və tibbi yardım qrupu göndərilib", - XİN rəsmisi qeyd edib.

 

Olke.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyədə 12 yaşlı qız 40 saat sonra dağıntılar altından sağ çıxarıldı – VİDEO

SONRAKI XƏBƏR

Vardanyan Qarabağdan qovuldu: Bakının tələbləri icra edilir