Putin Mariupolda Qərbə hansı gizli mesajı verib?

Mariupola səfər etmiş Rusiya prezidenti Vladimir Putin “Qərbə bir neçə "Pasxa yumurtası" qoyub”.

Publika.az xəbər verir ki, bu sözləri Zaporojye vilayəti administrasiyasının əsas şurasının üzvü Vladimir Roqov bildirib.

Bu mesajlardan birini Roqov Vladimir Putinin Mariupol Filarmoniyasının əsas zalına səfər adlandırıb. Burada Ukrayna hərbçiləri ilə bağlı açıq tribunalın keçirilməsi planlaşdırılır.

“Prezidentimiz bu salonda olması ilə Qərbə tribunalın keçirilməsi ideyasının gündəmdən çıxarılmadığını göstərdi”, - Roqov vurğulayıb.

O, həmçinin qeyd edib ki, artıq zal, ittiham tərəfi üçün tribuna və vəkillər üçün yerlər hazırlanıb.

Aydan

Publika.az

ƏVVƏLKİ XƏBƏR

Kemal Kılıçdaroğlu kürdyönümlü HDP-nin həmsədrləri ilə görüşüb

SONRAKI XƏBƏR

Türkiyənin ilk milli təyyarəsi: Yunanıstandan baxış...