Kemal Kılıçdaroğlu kürdyönümlü HDP-nin həmsədrləri ilə görüşüb

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının sədri, “6-lı masa”nın 14 mayda keçiriləcək Prezident seçkilərində vahid namizədi (CHP) Kemal Kılıçdaroğlu ölkənin kürdyönümlü Xalqların Demokratiyası Partiyasının (HDP) həmsədrləri Pervin Buldan və Mithat Sancarla görüşüb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, görüş 1 saatdan çox davam edib.

Kılıçdaroğlu görüşdən sonra mətbuata açıqlamasında “kürd məsələsinin adresi Türkiyə Böyük Millət Məclisidir” deyə bildirib.

Qeyd edək ki, Türkiyə hakimiyyəti HDP-ni PKK terror təşkilatını dəstəkləməkdə günahlandırır.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

"Ukraynaya döyüş sursatlarının göndərilməməsi böyük problemlər yarada bilər" - Aİ

SONRAKI XƏBƏR

Putin Mariupolda Qərbə hansı gizli mesajı verib?