Türkiyə və Misir qarşılıqlı olaraq səfirlər təyin edəcəklər

Türkiyə və Misir qarşılıqlı olaraq səfirlər təyin edəcəklər.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Misirə ziyarəti çərçivəsində yerli jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, buna dair qərarın yaxın zamanda verilməsi gözlənilir. Çavuşoğlunun sözlərinə görə, 2013-cü ildən bəri iki ölkə arasında diplomatik münasibətlər müvəqqəti vəkillər səviyyəsində idi.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Göyçayın “qiymətlərin od tutub yanan” bazarı: nə alan razıdır, nə satan… -

SONRAKI XƏBƏR

Sergey Lavrov: “Azərbaycan, Rusiya və Ermənistan liderlərinin bəyanatları stabilləşmə üçün əsas olaraq qalır”