Rusiyadan Gürcüstana qarşı həmlə - Almaniyadan mesaj gəldi

“Rusiya Moldova və Gürcüstanda baş verənlərə təsir cəhdlərini gücləndirir”.

Teleqraf.com xəbər verir ki, bunu Almaniya xarici işlər naziri Annalena Berbok deyib.

Nazir bildirib ki, bu, Rusiyanın Avropa yolu ilə gedən cəmiyyətlərdə sabitliyi pozmaq strategiyasının bir hissəsidir.

“Biz onlarla (Moldova və Gürcüstan) Avropa dəyərlərini bölüşürük və Avropa İttifaqına üzvlük perspektivi vasitəsilə sülh və azadlıq içində yaşamaq istəklərini dəstəkləyirik”, - Berbok qeyd edib.

Teleqraf.com

ƏVVƏLKİ XƏBƏR

Sürücülərin 50 manat cərimə olunmamaq üçün üz tutduqları mərkəzdən REPORTAJ - FOTO

SONRAKI XƏBƏR

Çavuşoğlu Türkiyə, Rusiya, Suriya və İran xarici işlər nazirlərinin Moskva görüşünün təxirə salınmasından danışıb